"Araz-Naxçıvan" Türkiyədə Superliqa klubu ilə bərabərə qaldı

"Araz-Naxçıvan" Türkiyədə Superliqa klubu ilə bərabərə qaldı

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Araz-Naxçıvan" ikinci yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Elmar Baxşıyevin komandası Super Liqa təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib.

Görüşdə qapılara qol vurulmayıb.

Xatırladaq ki, naxçıvanlılar Ərzurum toplanışı çərçivəsində ilk hazırlıq oyununda həvəskar "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəliblər.

Komandamızın növbəti yoxlama rəqibi iyulun 17-də isə "Trabzonspor" olacaq.