"Qaradağ Lökbatan" lider oldu, bölgə klubu evdə 6 top buraxdı

 "Qaradağ Lökbatan" lider oldu, bölgə klubu evdə 6 top buraxdı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 6-cı tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

"Qaradağ Lökbatan" növbəti qələbə ilə bir günlük olsa da, liderliyə yüksəlib.

Günün böyükhesablı nəticəsi isə Saatlıda qeydə alınıb. "Kür-Araz" doğma meydanda qapısından 6 top buraxıb.

Xatırladaq ki, sabah yekunlaşacaq turda liderlərdən "Xankəndi" səfərdə, "Şirvan" evdə oynayacaq.


Azərbaycan 2-ci Liqası. 6-cı tur


20 oktyabr (bazar ertəsi)

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1

Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Asif Əliyev         

Göygöl OİK stadionu, 14:00


“Kür-Araz” – “Quba” 1:6

Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Saatlı OİK stadionu, 14:00


“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1

Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Şəmkir OİK stadionu, 14:30


21 oktyabr (çərşənbə axşamı)

“Araz Saatlı” – “Xankəndi”

Hakimlər: Nəriman Ağayev, Samir Qaracayev, Elvin Mədətov, Rəsul Babayev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Namiq Əliyev

Saatlı OİK stadionu, 14:00


“Ağdaş” – “Sheki City”

Hakimlər: Kamil Aydınov, Səbuhi Aydınov, Mirnihad Seyidov, Murad Səlimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Ağdaş şəhər stadionu, 14:00


“Şirvan” – “Dinamo”

Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ləman Əmirli

Hakim-inspektor: Ceyhun Haşımov 

AFFA nümayəndəsi: Seymur Səlimli

Şirvan OİK stadionu, 14:00