Gimnastımızdan Avropa çempionatında gümüş medal

 Gimnastımızdan Avropa çempionatında gümüş medal

Azərbaycan gimnastı Tofiq Əliyev Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, 22 yaşlı dünya çempionumuz fərdi yarışda gümüş medal qazanıb.

O, qitə birinciliyində tamblinqçilərdən ibarət yığmamızın nailiyyətini təkrarlayıb.