Azərbaycan millisi beynəlxalq turnirdə qızıl medal qazandı
Azərbaycanın aerobika üzrə gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, milli komandamız bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Yığmanın heyətində Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva mübarizə aparıb.
