Gəncədə Avropa çempionatının açılış mərasimi keçirildi
Gəncədə aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, yarışın açılış mərasimi Gəncə İdman Sarayında keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikası qurumunun vitse-prezidenti Edvard Kolar açılış mərasimində çıxış ediblər.
Birincilikdə gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramları üzrə çıxış edəcəklər.
AÇ noyabrın 16-da yekunlaşacaq.
