Azərbaycanın iki idmançısı Avropa çempionatında yarışacaq
Azərbaycanın iki bilyardçısı Gürcüstanda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, U-15 və U-21 kateqoriyası üzrə ölkə çempionları Məmməd Muhammed və Sübhan Bayramlı qitə birinciliyində Azərbaycanı təmsil edəcəklər.
Avropa çempionatı 11-15 sentyabr tarixlərində Batumi şəhərində baş tutacaq.

