Mehriban Əliyeva və ailə üzvləri Avropa Kuboku yarışını izlədilər
Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa Kuboku yarışını izləyiblər.
“Mediasport” xəbər verir ki, fəxri qonaqların yanında Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva da yer alıb.
Qeyd edək ki, turnirdə Azərbaycan gimnastları ilə yanaşı, 30 ölkədən idmançıları mübarizə aparırlar.





