"Traktor"dan "Qarabağ"ın təbrikinə XÜSUSİ və SİYASİ HƏSSASLIQ!

"Traktor"dan "Qarabağ"ın təbrikinə XÜSUSİ və SİYASİ HƏSSASLIQ!

55 illik tarixində ilk dəfə İran çempionu olan Cənubi Azərbaycanın "Traktor" təbrik ünvanlayan klublardan "Qarabağ"a xüsusi formada təşəkkür edib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin "Təbrizin qüruru "Traktor" klubunu çempionluq münasibətilə təbrik edirik!" paylaşımına "al qurdlar"ın reaksiyası belə olub:

"Bu gün gülümsəyirik, Qarabağ azad olduğu kimi, "Traktor" da zirvəyə çatdı! "Qarabağ" klubunun təbriklərinə təşəkkür edirik!".

Qeyd edək ki, "qızıl qurdlar" İran Pro Liqasında çempionluğu mövsümün sonuna iki tur qalmış Qəzvin səfərində "Şəms Azər"i darmadağın (4:0) edərək rəsmiləşdiriblər.