"Qarabağ"ın rəsmisi UEFA Akademiyasının proqramına seçildi

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev UEFA Akademiyası tərəfindən təşkil olunan "Strategic Communications Compact Course" proqramının 6-cı buraxılışında iştirak imkanı qazanıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun rəsmisi bu imkanı seçimlər əsasında əldə edib.
O qeyd edib ki, nüfuzlu və intensiv kurs UEFA-nın kommunikasiya sahəsində ən yüksək səviyyəli təlimlərindən biridir:
"Avropanın aparıcı futbol klublarının media və kommunikasiya rəhbərləri ilə birlikdə iştirak edəcəyim bu proqram, böhran zamanı kommunikasiya, strateji planlaşdırma və innovativ məzmun istehsalı üzrə biliklərin inkişafında önəmli rol oynayacaq.
Klubum "Qarabağ"a verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm".