"Turan Tovuz" onunla vidalaşdı!

"Turan Tovuz" onunla vidalaşdı!

"Turan Tovuz" daha bir futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, qərblilər Orxan Əliyevi yola salıblar.

Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 29 yaşlı futbolçu bu ilin yanvarında "Kəpəz"dən transfer olunmuşdu.