"Turan Tovuz" Türkiyədə növbəti yoxlama oyununu keçirdi

Yeni mövsümün hazırlığını Türkiyədə keçən "Turan Tovuz" növbəti yoxlama matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası Albaniya təmsilçisi "Flamurtari" ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Xatırladaq ki, tovuzlular Boluda keçirdikləri yoxlama oyunlarında "Çorum" (1:1) və "Keçiörəngücü" (0:0) ilə bərabərə qalıblar.