Premyer Liqa komandası iki futbolçusu ilə yollarını ayırdı

Premyer Liqa komandası iki futbolçusu ilə yollarını ayırdı

Bu mövsüm Azərbaycan Premyer Liqasında debüt edən "Karvan-Yevlax" 2 futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Xatırladaq ki, aranlılar çempionatda 3 turdan sonra turnir cədvəlində 4 xalla 6-cı pillədə qərarlaşıblar.