"Turan Tovuz"un futbolçusu Yaponiya klubuna keçir - RƏSMİ
"Turan Tovuz" Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, "sambaçı" Tovuz klubunun heyətində 2024-cü ilin yanvar ayından forma geyinirdi.
24 yaşlı forvard qərblilərin forması ilə meydana çıxdığı 69 rəsmi matçda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
