"Qarabağ" daha bir Avropa klubuna təklif göndərdi

"Qarabağ" daha bir Avropa klubuna təklif göndərdi

Transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir futbolçunun keçidini həll etmək üzrədir.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi "Yurqarden"in hücumçusu Zakaria Savo üçün klubuna təklif göndərib.

Bu barədə İsveç mətbuatı məlumat yayıb.

Hazırda mümkün transferin son mərhələsi üzrə danışıqlar aparılır.

26 yaşlı forvard 2025/2026 mövsümünü icarə əsasında AEL-də (Kipr, Limassol) keçirib.

O, bu sezon bütün turnirlər daxil olmaqla, 22 oyuna 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Savonun İsveç klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, "köhlən atlar" buna qədər uzun müddətdir danışıq apardığı Jali Muaddibin də keçidini həll edib.