Verdaşka "Kəpəz"ə geri döndü

"Kəpəz" daha bir futbolçunun transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, "sarı-göylər" sabiq oyunçusu Dioqu Verdaşkanı yenidən heyətinə cəlb edib.
28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Verdaşka 2024-25 mövsümündə də "Kəpəz"in uğurları üçün çalışıb.
O, ümumilikdə 30 oyunda meydana çıxıb.