"Turan Tovuz"un Tovuz stadionuna qayıdacağı tarix müəyyənləşdi

"Turan Tovuz"un Tovuz stadionuna qayıdacağı tarix müəyyənləşdi

"Turan Tovuz"un ev oyunlarını doğma şəhərindəki stadionda keçirəcəyi ilkin tarix açıqlanıb.

"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Premyer Liqasının 27-ci turunun aprelin 12-ə təyin edilən "Sumqayıt"la qarşılaşması, istisna olmazsa, Tovuz şəhər stadionunda baş tutacaq.

Arena matçdan əvvəl 10 gün PFL tərəfindən təftiş olunacaq. Yekun qərar bu zaman çıxarılacaq.