Azərbaycan Macarıstana qarşı: Biletlər 2 manatdan satışa çıxarıldı

İyunun 10-da beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Macarıstan matçının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azarkeşləri biletləri "iticket"dən əldə edə bilərlər.
Qiymətlər müvafiq olaraq 2-10 manat arasında dəyişir.
1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər isə 10 manat təşki edir.
Xatırladaq ki, "Liv Bona Dea Arena"da baş tutacaq görüş saat 22:00-da başlanacaq.