Azərbaycan Qran-prisi 56 telekanal vasitəsilə canlı yayımlanacaq
Sentyabrın 24-də start götürəcək Formula 1 üzrə Azərbaycan Qran-prisi 56 telekanal vasitəsilə canlı yayımlanacaq.
Bu barədə "Mediasport"a Bakı Şəhər Halqasından məlumat verilib.
Yarışın yayımını “Sky Sports”, ESPN, “beIN Sports”, DAZN, TSN, “Canal+”, “Apple TV” və digər telekanallar həyata keçirəcək.
Azərbaycanda yayım hüququ əvvəlki qaydada “İdman Azərbaycan” telekanalına məxsusdur.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 24-26 sentyabrda baş tutacaq.

