Bölgə klubunda 6 yeni müqavilə
1-ci Liqada yeni mövsümə hazırlaşan “Zaqatala” bir neçə müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi 6 futbolçu ilə anlaşma əldə edib.
Davud Şabanov, İbrahim Məmmədov, Sərxan Abdullayev, Qəşəm Məmmədov, Davud Mahmudov və Turqut Mustafazadə növbəti mövsümdə də zaqatalalıların formasını geyinəcək.
Bundan başqa, seleksiya zamanı 15 yaşlı Hacı Şabanov əsas komandaya cəlb olunub.


