Millimiz DÇ öncəsi sonuncu təlim-məşq toplanışını Bakıda keçirəcək
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi FİFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.
Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.
U-16 millisi oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub.
Qeyd edək ki, FİFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək Bakıda təşkil ediləcək.

