Dünya Kuboku: Azərbaycanın 3 boksçusu bürünc medal qazandı

Dünya Kuboku: Azərbaycanın 3 boksçusu bürünc medal qazandı

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal döyüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin 3 üzvü finala vəsiqə əldə edə bilməyib.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbaya (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel du Nasçimentuya (Braziliya), Məhəmməd Abdullayev (+90 kq) isə Aybek Oralbaya (Qazaxıstan) məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.