Azərbaycanın iki boksçusu dünya çempioantının 1/8 finalında
Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Sübhan Mamedov (48 kq) və Zaur Qəhrəmanov (67 kq) startda ümidləri doğruldub.
Mamedov debütdə Joey Kanoya (Filippin) üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.
Qəhrəmanov isə Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Təmsilçimizin 1/4 yolunda rəqibi Tomas Kasazzan (Argentina) olacaq.
Mundiala dekabrın 13-də yekun vurulacaq.
