Səma Abbasova Budvada Avropa çempionatında finala yüksəldi
Azərbaycan boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
"Mediasport" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya qalib gəlib - 4:1.
Xatırladaq ki, yığmamızın daha 7 üzvü - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.

