Azərbaycan millisinin boksçuları Qazaxıstanda 5 medal qazandılar
Azərbaycan millisinin üzvləri Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə 5 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Sübhan Məmmədov (48 kq) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) isə Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutublar.
Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) yarışı bürünc mükafatla başa vurublar.
