Millətlər Kuboku: 7 qızıl, 4 gümüş və 2 bürünc medal qazandıq

  Millətlər Kuboku: 7 qızıl, 4 gümüş və 2 bürünc medal qazandıq

Serbiyada yeniyetmə boksçular arasında keçirilən Millətlər Kuboku yekunlaşıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisini təmsil edən 13 idmançımızın hamısı yarışı medalla başa vurub.

Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) qızıl medal qazanıblar.

Aydın Şahbazov (46 kq), Nihat Məmmədli (48 kq), Əli Camalzadə (57 kq), Şükar Əliyev (80 kq) ikinci, Həsrət Məmmədov (46 kq) və Elcan Musazadə (54 kq) üçüncü olublar.

7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov ən yaxşı hakimi seçilib.