Gimnastlarımızdan Dünya Kubokunda növbəti qızıl medal

 Gimnastlarımızdan Dünya Kubokunda növbəti qızıl medal

Azərbaycan gimnastları Selcan Mahusodva və Maqsud Mahsudov cütü Almaniyanın Kotbus şəhərində keçirilən batut növü üzrə Dünya Kubokunun qarışıq sinxron proqramında qızıl medal qazanıblar.

"Mediasport" xəbər verir ki, təmsilçilərimizin çıxışları 51,510 xalla dəyərləndirilib.

Bu, millimizin turnirdə qazandığı ikinci qızıl mükafat olub.

Daha əvvəl fərdi proqramda Selcan Mahsudova 55,540 xalla qızıl mükafat əldə edib.