Çempionlar Liqası: "Barselona" "Borussiya"nı darmadağın etdi, PSJ "Aston Villa"ya qalib gəldi

Çempionlar Liqası: "Barselona" "Borussiya"nı darmadağın etdi, PSJ "Aston Villa"ya qalib gəldi

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçları keçirilib.

"Mediasport" xəbər verir ki, ikinci oyun gününün görüşləri də kifayət qədər maraqlı alınıb.

"Barselona" "Borussiya"nı İspaniyada meydana çıxmasına peşman edibsə, PSJ Parisdə "Aston Villa"dan üstün olub.

Qeyd edək ki, dünən "Real" səfərdə "Arsenal"a (0:3), "Bavariya" isə "İnter"ə məğlub olub (1:2).

Cavab qarşılaşmaları aprelin 15-16-da olacaq.


UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar


PSJ (Fransa) - “Aston Villa” (İngiltərə) 3:1

Qollar: Dezire Due, 39, Xviça Kvaratsxeliya, 49, Nunu Mendeş, 90+2 - Morqan Rocers, 35.

“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 4:0

Qollar: Rafinya, 25, Robert Levandovski, 48; 66. Lamin Yamal, 77.