"Real", "Arsenal", "Aston Villa" və "Borussiya" 1/4 finala yüksəldi

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, cavab qarşılaşmalarının ikinci oyun günündə 4 matç keçirilib.
Azarkeşlər İspaniyada Madrid dramatik derbisinin şahidi olublar, qalib penaltilər seriyasında müəyyənləşib.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri 15-16-da baş tutacaq.
Daha əvvəl PSJ, "Barselona", "İnter" və "Bavariya" adlarını 1/4 finala yazdırıb.
UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları
“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2 İlk oyun - 1:1
"Atletiko” (İspaniya) - “Real” (İspaniya) 1:0, ə.v. - 0:0, pen. - 2:4 İlk oyun - 1:2
“Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2 İlk oyun - 7:1
“Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) 3:0 İlk oyun - 3:1