UEFA Çempionlar Liqasında 1-ci mərhələ 4 matçla yekunlaşacaq
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 matç keçiriləcək.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniyada Moldovanın "Petrokub" komandasını qəbul edəcək.
Komandalar arasında Kişineuda baş tutan ilk görüşdə qalib müəyyənləşməyib.
Əliyev Azərbaycanda hərbi xidmətlə bağlı çətinliklərlə üzləşdiyi üçün klubunun düşərgəsinə qoşulmayıb.
Qazaxıstanın yarışda təmsilçisi "Kayrat" Monteneqro səfərində oynayacaq.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları
21:30 "Universitatya" (Krayova, Rumıniya) - "Vitebsk" (Belarus) ilk oyun - 4:1
22:15 "Atert Bissen" (Lüksemburq) - "Klaksvik" (Farer adaları) ilk oyun - 1:2
23:00 Eqnatiya (Albaniya) - "Petrokub" (Moldova) ilk oyun - 1:1
23:00 "Sutyeska" (Monteneqro) - "Kayrat" (Qazaxıstan) ilk oyun - 1:2


