UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, tədbir qurumun Nyondakı mənzil-qərargahında baş tutub.
Pley-of oyunları avqustun 18–19-da, cavab görüşləri avqustun 25–26-da keçiriləcək.
İki oyunun nəticələrinə əsasən 7 klub Liqa mərhələsinə, məğlub komandalar isə Avropa Liqasında əsas mərhələyə yüksələcək.
UEFA Çempionlar Liqası. Pley-of cütlükləri
"Levski" (Bolqarıstan) / "Kayrat" (Qazaxıstan) – AEK (Yunanıstan)
"Seltik" (Şotlandiya) – LASK (Avstriya)
"Dinamo" (Xorvatiya) / "Kauno Jalgiris" (Litva) – "Vikinq" (Norveç)
"Myalbü" (İsveç) / "Slovan" (Slovakiya) – "Ararat-Armeniya" (Ermənistan) / "Çelye" (Sloveniya)
"Hapoel" Beer-Şeva" (İsrail) / "Srvena Zvezda" (Serbiya) – "Orhus" (Danimarka) / "Sabah" (Azərbaycan)
"Fənərbaxça" (Türkiyə) / "Şturm" (Avstriya) – "Sparta" (Çexiya) / "Lion" (Fransa)
"Olimpiakos" (Yunanıstan) / NEK (Niderland) – "Yunion" (Belçika) / "Budö-Qlimt" (Norveç)


