ÇL: "Kayrat" qələbə qazandı, Zamiq Əliyevin komandası heç-heçə etdi
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub.
Azərbaycan millisinin üzvü Zamiq Əliyevin komandası "Eqnatiya" Moldova klubu "Petrokub"la qarşılaşıb - 1:1.
Yığmanın futbolçusunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi (ilk oyunlar)
"Kayrat" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) 2:1
"Flora" (Estoniya) - "İberiya" (Gürcüstan) 2:3
"Vitebsk" (Belarus) - "Universitatya" (Krayova, Rumıniya) 1:4
"Petrokub" (Moldova) - "Eqnatiya" (Albaniya) 1:1


