Avropa çempionatının final matçının stadionu müəyyənləşdi
UEFA 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2028) final oyununa ev sahibliyi edəcəyi stadionu açıqlayıb.
"Mediasport" xəbər verir ki, Birləşmiş Krallıq və İrlandiyada keçiriləcək qitə birinciliyinin həlledici qarşılaşması Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.
Oyun iyulun 9-da keçiriləcək.
24 milli komandanın qatılacağı AÇ-nin açılış matçı Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda reallaşacaq.
