"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 görüş keçirilib.

Azərbaycan çempionu "Qarabağ" doğma azarkeşlər önündə "Ferensvaroş"u qəbul edib.

Türkiyə təmsilçisi "Fənərbağça" Portuqaliya səfərində "Benfika"nın qonağı olub.

Xatırladaq ki, "Kayrat" (Qazaxıstan), "Pafos" (Kipr) və "Budö Qlimt" (Norveç) liqa mərhələsinə vəsiqəni dünən təmin ediblər.

Digər 18 kollektiv isə birbaşa bu hüquqa yiyələnib. ÇL-in pley-offunda mübarizəni dayandıran komandalar yollarına Avropa Liqasının Liqa mərhələsində davam edəcəklər.

ÇL-in Liqa mərhələsinin püşkatması sabah axşam baş tutacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


"Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) 2:3 İlk oyun 3:1

"Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0 İlk oyun 1:1

"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) 1:0 İlk oyun 0:0

"Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0 İlk oyun 3:1