III raundun görüşləri bu gün start götürəcək - Çempionlar Liqası

III raundun görüşləri bu gün start götürəcək - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçiriləcək.

"Mediasport" xəbər verir ki, ilk gündə dörd görüş baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniyada meydana çıxacaq. "Malmö" evdə "Kopenhagen"i, "Dinamo" (Kiyev) "Pafos"u sınağa çəkəcək.

"Viktoriya" isə Şotlandiyada "Reyncers"lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar


21:00 "Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)

22:00 "Dinamo" (Kiyev, Ukrayna) - "Pafos" (Kipr)

22:00 "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" (Azərbaycan)

22:45 "Reyncers" (Şotlandiya) - "Viktoriya" (Çexiya)