UEFA Çempionlar Liqasında 2-ci raund 11 oyunla start götürdü

UEFA Çempionlar Liqasında 2-ci raund 11 oyunla start götürdü

Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin matçları start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 11 görüş baş tutub.

Azərbaycan çempionu "Sabah" və Türkiyə təmsilçilərindən "Fənərbaxça" minimal hesablı qələbələr qazanıblar.

Digər 3 qarşılaşma bu gün keçiriləcək.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


"İberiya" (Gürcüstan) – "Slovan" (Slovakiya) 0:2

"Myallbü" (İsveç) – "Linkoln" (Cəbəllütariq) 3:0

"Ararat-Ermənistan" (Ermənistan) – "Şemrok Rovers" (İrlandiya) 2:0

"Sabah" (Azərbaycan) – "KuPS" (Finlandiya) 1:0

"Orhus" (Danimarka) – "Lex" (Polşa) 1:4

"Fənərbaxça" (Türkiyə) - "Qurnik" (Polşa) 1:0

"Tun" (İsveçrə) – "Dinamo" Zaqreb (Xorvatiya) 1:1

"Şturm" (Avstriya) – "Harts" (Şotlandiya) 4:0

"Klaksvik" (Farer adaları) – "Kauno" (Litva) 0:0

"Vikinqur" (İslandiya) – "Hapoel" Beer-Şeva (İsrail) 2:1

"Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya) 0:4