Bu oyundan əvvəl UEFA Çempionlar Liqasının himni səsləndirilmədi

 Bu oyundan əvvəl UEFA Çempionlar Liqasının himni səsləndirilmədi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində dünən İspaniyada keçirilən “Vilyarreal” – PSJ matçından əvvəl turnirin ənənəvi himni səsləndirilməyib.

"Mediasport" xəbər verir ki, İspaniyanın “Tenerife” klubunun faciəvi şəkildə vəfat edən hücumçusu Xesus de Migelin xatirəsinə ehtiram əlaməti olaraq belə addım atılıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2-ci Liqada keçirilən matç zamanı rəqib qapıçı ilə toqquşmadan sonra ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

UEFA Migelin xatirəsini yad etmək məqsədilə bu həftə keçirilən bütün avrokubok oyunlarından əvvəl bir dəqiqəlik sükut elan olunması barədə qərar verib.