Çempionlar Liqasında 1/8 finala çıxan daha 4 klub müəyyənləşdi

Çempionlar Liqasında 1/8 finala çıxan daha 4 klub müəyyənləşdi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 4 komanda 1/8 finala vəsiqəni təmin edib.

Gecənin sürpriz nəticəsi İtaliyada qeydə alınıb, "Milan" evdə AZ klubu ilə bərabərə qalmaqla yarışı tərk edib.

"Bavariya" sensasiyaya son saniyələrdə imkan verməyib.

Raundun digər cavab görüşləri bu gün keçiriləcək.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


“Milan” (İtaliya) - “Feyenoord” (Niderland) 1:1 İlk oyun - 0:1

“Atalanta” (İtaliya) - “Brügge” (Belçika) 1:3 İlk oyun - 1:2

“Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) 1:1 İlk oyun - 2:1

“Benfika” (Portuqaliya) - “Monako” (Fransa) 3:3 İlk oyun - 1:0