PSJ 9 qolun vurulduğu fantastik oyunda "Bayern"i məğlub etdi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, ilk matç Fransada baş tutub.
Turnirin son qalibi PSJ doğma meydanda Almaniya nəhəngi "Bayern"lə qarşılaşıb.
9 qolun vurulduğu fantastik qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü gələn həftə keçiriləcək.
Yarımfinalın digər oyunu isə bu gün Madriddə "Atletiko" ilə "Arsenal" (İngiltərə) arasında olacaq.
UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun
PSJ (Fransa) - "Bayern" (Almaniya) 5:4
Qollar: Xviça Kvaratsxeliya, 24, 56, Joau Neveş, 33, Usman Dembele, 45+5-pen., 58, - Harri Keyn, 17-pen., Maykl Olise, 41, Dayo Upamekano, 65, Luis Dias, 68.
Baş hakim: Sandro Şörer (İsveçrə)
