Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qalib adını PSJ-nin hücumçusu Usman Dembele qazanıb.

Fransalı vinger UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda "Atletiko"nun (İspaniya) üzvü Antuan Qrizmannı qabaqlayıb.

28 yaşlı forvard komandasının "Bayern"i (Almaniya) 5:4 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.