Çempionlar Liqasında yeni mövsüm start götürdü - NƏTİCƏLƏR

Futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümü start götürüb.
"Mediasport" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günündə 10 matç keçirilib.
Yığmamızın futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" Albaniyada "Breydablik"ə qalib gəlib, müdafiəçi ehtiyatda qalıb.
Raundun digər 4 görüşü bu gün oynanılacaq və Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibləri meydana çıxacaqlar.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar
"KuPS" (Finlandiya) - "Milsami" (Moldova) 1:0
"İberia 1999" (Gürcüstan) - "Malmö" (İsveç) 1:3
"Noah" (Ermənistan) - "Buduçnost" (Monteneqro) 1:0
"Levadia" (Estoniya) - RFŞ (Latviya) 0:1
"Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan) 1:1
"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) 1:0
TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) 0:0
"Vikinqur" (Farer adaları) - "Linkoln Red İmps" (Cəbəllütariq) 2:3
"Eqnatia" (Albaniya) - "Breydablik" (İslandiya) 1:0
"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) 0:2