Bu gecə ilk yarımfinalçılar məlum olacaq - UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bu gecə məlum olacaq.
"Mediasport" xəbər verir ki, ilk gündə 1/4 finalın cavab oyunları çərçivəsində iki görüş keçiriləcək.
Ötən həftə "Nou Kamp"da "Barselona"ya qalib gəlmiş "Atletiko" Madriddə meydana çıxacaq.
Turnirin son qalibi PSJ isə Parisdə 2 cavabsız qolla məğlub etdiyi "Liverpul"un qonağı olacaq.
Digər iki matç sabah baş tutacaq.
UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları
23:00 "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) ilk oyun - 2:0
23:00 "Liverpul" (İngiltərə) - PSJ (Fransa) ilk oyun - 0:2.
