Çempionlar Liqasında pley-off mərhələsi bu gecə yekunlaşacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, bununla da bütün 1/8 finalçıların adları müəyyənləşəcək.
Erkən finalın "ikinci pərdəsi" Madriddə reallaşacaq.
Qeyd edək ki, raundun 4 matçı dünən baş tutub.
Digər 8 kollektiv (“Liverpul”, “Barselona”, “Arsenal”, “İnter”, “Atletiko”, “Bayer”, “Lill” və “Aston Villa”) isə 1/8 final vəsiqəsini əsas mərhələdə təmin edib.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
21:45 "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) İlk oyun - 3:0
00:00 PSJ (Fransa) - "Brest" (Fransa) İlk oyun - 3:0
00:00 PSV (Niderland) - "Yuventus" (İtaliya) İlk oyun - 1:2
00:00 "Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) İlk oyun - 3:2