UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi

UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları start götürüb.

"Mediasport" xəbər verir ki, azarkeşlər ilk oyun günündə iki maraqlı görüş izləyiblər.

Ötən həftə Barselonada darmadağına məruz qalmış Dortmund "Borussiya"sı möhtəşəm "Siqnal İduna Park"da, Parisdə fərqlə uduzmuş "Aston Villa" isə Birmingemdə meydana revanş arzusu ilə çıxsa da, əldə olunan qələbələr turu keçməyə kifayət etməyib.

Raundun qalan iki cavab dueli bu gün tutacaq.


UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


“Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) 3:1 İlk oyun - 0:4

Qollar: Seru Girassi, 11-pen., 49, 76 - Rami Bensebaini, 54-avtoqol.

“Aston Villa” (İngiltərə) - PSJ (Fransa) 3:2 İlk oyun - 1:3

Qollar: Yuri Tilemans, 34, Con Makginn, 55, Ezri Konsa, 58 - Əşrəf Hakimi, 11, Nunu Mendeş, 28.