Çempionlar Liqasında həftənin oyunçusu olmağa 4 namizəd

 Çempionlar Liqasında həftənin oyunçusu olmağa 4 namizəd

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşısı adına namizədlər açıqlanıb.

"Mediasport" xəbər verir ki, qalib adı uğrunda Lautaro Martines ("İnter"), Seru Girassi ("Borussiya", Dortmund), Usman Dembele (PSJ) və Deklan Rays ("Arsenal") mübarizə aparır.

Qalib UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.