UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atıldı
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, raundun ilk görüşləri iyulun 21-22-də keçiriləcək.
Cavab qarşılaşmaları iyulun 28-29-na planlaşdırılıb.
Mübarizəyə 1-ci təsnifatdan qoşulacaq təmsilçimiz “Sabah” TNS-i (Uels) keçsə, 2-ci mərhələdə “Vardar” (Şimali Makedoniya) - “KuPS” (Finlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Ali klub yarışına 2-ci raunddan başlayacaq “Fənərbaxça”nın rəqibi "Qurnik" (Polşa) olacaq.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi
"Sabah" (Azərbaycan)/TNS (Uels) – "Vardar" (Şimali Makedoniya)/"KuPS" (Finlandiya)
"Klaksvik" (Farer adaları)/"Atert Bissen" (Lüksemburq) – "Kauno" (Litva)/Drita (Kosovo)
"Myalbü" (İsveç) – "Linkoln" (Cəbəllüttariq)/"İnter Eskaldes" (Andorra)
"Tre Fiori" (San Marino)/"Larne" (Şimali İrlandiya) – "Srvena Zvezda" (Serbiya)
"Orhus" (Danimarka) – "Lex" (Poznan, Polşa)
"Ararat" (Ermənistan)/"Riqa" (Latviya) – "Floriana" (Malta)/"Şemrok Rovers" (İrlandiya)
"Borats" (Bosniya və Herseqovina)/"Levski" (Bolqarıstan) – "Vitebsk" (Belarus)/"Universitatya" (Krayova, Rumıniya)
"Omoniya" (Kipr) – "Kayrat" (Qazaxıstan)/"Sutyeska" (Monteneqro)
"Tun" (İsveçrə) – "Dinamo" (Zaqreb, Xorvatiya)
"Vikinqur" (İslandiya)/"Dyor" (Macarıstan) – "Hapoel" (Beer Şeva, İsrail)
"Flora" (Estoniya)/"İberiya" (Gürcüstan) – "Slovan" (Bratislava, Slovakiya)
"Petrokub" (Moldova)/"Eqnatiya" (Albaniya) – "Çelye" (Sloveniya)
"Ştrum" (Avstriya) – "Harts" (Şotlandiya)
"Fənərbaxça" (Türkiyə) – "Qurnik" (Polşa)


