UEFA Çempionlar Liqasında məhsuldarlıq rekordu yeniləndi
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin II turunda məhsuldarlıq rekordunu yenilənib.
"Mediasport" xəbər verir ki, baş tutan 18 oyunda qapılara 78 qol vurulub.
Bu, orta hesabla hər matça 4,33 qol deməkdir.
Turun ən məhsuldar görüşü Avstriyada keçib - “Liverpul” LASK-a 6:3 hesabı ilə qalib gəlib.
“Brügge” - “İnter” və "Roma" - "Real" Madrid qarşılaşmalarında 7, “Aston Villa” - “Fənərbağça”, "Vikinq" - "Bayern", "Mançester Siti" - PSJ duellərində isə 6 qol qeydə alınıb.
Qeyd edək ki, əvvəlki rekord 2025/2026-cı illər mövsümünün III turunda qeydə alınmışdı - 71 qol.

