Yarımfinala çıxmayanlardan yalnız Arda ilə Torres fərqləndi

Yarımfinala çıxmayanlardan yalnız Arda ilə Torres fərqləndi

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, heyətdə əsasən yarımfinala vəsiqə qazanan kollektivlərin futbolçuları yer alıblar.

İstisnaa yalnız "Real"ın gənc ulduzu Arda Gülər və "Barselona"dan Ferran Torresin adı ilə bağlıdır.

Qapıçı: Xuan Musso (“Atletiko” Madrid);

Müdafiəçilər: Markinyos (PSJ), Dayo Upamekano (“Bayern”), Eduardu Kuarejma (“Sportinq”);

Yarımmüdafiəçilər: Coşua Kimmix (“Bayern”), Martin Subimendi (“Arsenal”), Markos Lyorente (“Atletiko” Madrid), Arda Gülər (“Real” Madrid).

Hücumçular: Maykl Olise (“Bayern”), Usman Dembele (PSJ), Ferran Torres (“Barselona”).

Xatırladaq ki, yarımfinala PSJ, "Atletiko", "Bayern" və "Arsenal" komandaları yüksəliblər.