"Xankəndi"dən 5 transfer - RƏSMİ

"Xankəndi"dən 5 transfer - RƏSMİ

2025-26 mövsümünə hazırlığını davam etdirən AFFA Region Liqasının qalibi "Xankəndi" növbəti transferlərini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Qarabağ klubu qapıçı Elçin Qasımovu və Məhərrəm Məmmədlini, yarımmüdafiəçi Emin Quliyevi və Hüseyn Mənəflini, müdafiəçi Nodar Məmmədovu transfer edib.

"Xankəndi" buna qədər Bəhruz Teymurov, Müşfiq Teymurov, Şahin Zəkiyev, Pərviz Qaraxanov, Nurlan Novruzov, Əliəkbər Şəbiyev və Elmar Rəhimovu da heyətinə qatıb.