"Xankəndi" Azərbaycan 2-ci Liqasının çempionu oldu - RƏSMİ

"Xankəndi" Azərbaycan 2-ci Liqasının çempionu oldu - RƏSMİ

Azərbaycan 2-ci Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, lider "Xankəndi" 27-ci turun "Şəmkir"lə matçında minimal hesablı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.

Eyni zamanda, Qarabağ klubu bu nailiyyətlə 1-ci Liqaya vəsiqə əldə edib.

"Şirvan"la heç-heçə edən "Qaradağ Lökbatan" isə (2:2) 1-ci Liqanın 11-cisi ilə bir görüşdən ibarət pley-off matçına çıxacaq.

Turun digər matçında isə "Quba" doğma azarkeşlər önündə "Dinamo"nu məğlub edib (3:1).