Hakimləri söyən bölgə klubunun rəsmilərinə 4 oyunluq cəza verildi

Hakimləri söyən bölgə klubunun rəsmilərinə 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi hakimləri təhqir edən "Şəmkir"in rəsmilərini 4 oyunluq cəzalandırıb.

"Mediasport" xəbər verir ki, 2-ci Liqa təmsilçisinin meneceri Taleh Əliyev və klub nümayəndəsi Elçin Qurbanov 4 matçlıq diskvalifikasiya edilib.

Onlar 13-cü turun "Quba" ilə oyunu bitdikdən sonra hakimləri təhqir ediblər.

Komanda buna görə 1000 manat da cərimə ödəyəcək.

Həmçinin, şəmkirli azarkeşlər tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Şəmkir" 600 manat ziayan düşüb.

Bölgə klubu daha 50 manat isə futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıldığına görə ödəməli olacaq.